FHN Xızıdakı yanğınla bağlı məlumat yayıb

Bakı. Trend:

Sentyabrın 23-də Fövqəladə Hallar Nazirliyinin “112” qaynar
telefon xəttinə Xızı rayonu, Yuxarı Əngilan kəndi yaxınlığında
mürəkkəb relyefli dağlıq-meşəlik ərazidə yanğın baş verməsi barədə
məlumat daxil olub. Dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə
Xidməti və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri
cəlb olunub.

Bu barədə Trend-ə FHN-dən bildirilib.

Havanın küləkli olması və relyefin mürəkkəbliyi yanğınla
mübarizə işlərini çətinləşdirsə də hazırda yanğının yayılmasının
qarşısının alınması və söndürülməsi istiqamətində zəruri və
təxirəsalınmaz tədbirlər davam etdirilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.