Geosiyasi proseslər – “Əsas məsələ”də MÜZAKİRƏ (FOTO)

Bakı. Trend:

Ermənistanın ən zəif halqası Qarabağ müharibəsindən sonrakı
siyasi proseslərdən də aydın görünməkdədir. Milli imkanlarıyla tərs
mütənasib ifrat ambisya və iddialarından qurtula bilməyən erməni
siyasətçiləri istədiklərini ala bilmədikdə hətta dövlətlərinin
varlığına belə borclu olduqları Rusiyadan uzaqlaşmağı, Qərbin təsir
dairəsinə girməyi, Azərbaycan ordusunun zəfəriylə dəfn etdiyi
erməni meyilli Minsk Qrupunu təkrar diriltməyə çalışaraq Xankəndi
və ətraflnda yaşayan azsaylı ermənilərə status məsələsini gündəmə
gətirməkdədirlər. Rəsmi İrəvan iqtidarı tez, ya gec bu oyunda
sınaqdan keçirməyə çalışdığı bütün yolların onları əslində
vəziyyətlə – tarixi həqiqətlərlə barışaraq Türkiyə və Azərbaycanla
normallaşmaya apardığını, başqa alternativlərinin olmadlğını
anlayacaqdır. Nə Soçi, nə də Brüssel görüşləri ölkələrin
bir-birinin ərazi bütövlüklərini tanımaları zərurəti, “Zəngəzur
dəhlizi, ya Laçın dəhlizi” həqiqətini dəyişdirə bilməyəcək…

Trend-in məlumatına görə Jalə Əskərovanın təqdimatında AzTV-nin
“Əsas məsələ” verilişində “Geosiyasi proseslər” mövzusunda aparılan
müzakirələr zamanı bu barədə ətraflı danışılıb. Verilişin qonaqları
Fuad Çıraqov – Cənubi Qafqaz Tədqiqatlar Mərkəzinin direktor
müavini, Ədalət Verdiyev – hərbi ekspert, İlyas Hüseynov – STM-nin
baş məsləhətçisi və Füzuli Qurbanov – AMEA Fəlsəfə və Sosiologiya
İnstitutunun professoru, mövzu ətrafında müzakirə aparıblar.

“Əsas məsələ” verilişini bütöv şəkildə Azərbaycan
Televiziyasının “YouTube” kanalından izləyə bilərsiniz:

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.