Hacıqabulda narkotik alverçisi avtomatla yaxalandı

Bakı. Trend:

Hacıqabulda silahlı narkotik alverçisi saxlanılıb.

Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə,
Hacıqabul Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat
tədbiri nəticəsində narkotik vasitə istifadə etməkdə və qanunsuz
olaraq saxlamaqda şübhəli bilinən rayon sakini Nizami İbrahimov
saxlanılıb.

Şəxsi axtarış zamanı ondan heroin aşkar olunub.

Davam etdirilən əməliyyat-axtarış tədbirləri ilə onun yaşadığı
evə baxış zamanı isə oradan “AKM” markalı avtomat silahı da
götürülüb.

Faktla bağlı Hacıqabul Rayon Polis Şöbəsində cinayət işi
başlanılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.