Heroin alverçisinə hökm oxundu

Bakı. Trend:

Bakı Ağır Cinayətlər Məhkəməsində narkotik vasitələrin qanunsuz
dövriyyəsində təqsirləndirilərək həbs olunan Ələddin Abdullayevin
cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Trend-in məlumatına görə, hakim Azər Paşayevin sədrliyi ilə
keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.

Məhkəmənin hökmü ilə Ə.Abdullayev 8 il 6 ay azadlıqdan məhrum
edilib.

İttihama görə, paytaxtın Nizami Rayon Polis İdarəsinin
narkotiklərlə mübarizə bölməsinin əməkdaşlarının həyata
keçirdikləri tədbir zamanı əvvəllər məhkum olunmuş Ələddin
Abdullayev saxlanılıb. Onun əlindəki sellofan torbaya baxış zamanı
külli miqdarda – 3 kiloqram 510 qram heroin və 495 qram tiryək
aşkarlanaraq götürülüb.

Araşdırma zamanı müəyyən olunub ki, Ələddin Abdullayev narkotik
vasitələri tanışı xarici ölkələrdən birinin vətəndaşından satmaq
məqsədilə əldə edib.

Faktla bağlı Nizami Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin
müvafiq maddəsi ilə cinayət işi başlanıb. Həmin şəxs tutularaq
istintaqa təqdim olunub

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.