İranda etiraz aksiyalarında 17 nəfər ölüb

Bakı. Trend:

Ötən günlərdə İranda keçirilən etiraz aksiyalarında 17 vətəndaş
və polis əməkdaşı ölüb.

Trend-in məlumatına görə, bu haqda İranın dövlət televiziyası
məlumat yayıb.

Ölkədə baş verən etirazlarda 95 nəfərin yaralandığı
bildirilir.

Qeyd edək ki, 16 sentyabrda Tehranda 22 yaşlı Məhsa Əmininin
Tehranın əxlaq polisi əməkdaşları tərəfindən öldürülməsinə etiraz
olaraq 19 sentyabrdan etibarən İranın bir neçə şəhərində aksiyalar
keçirilir. M.Əmini şəriət normalarına riayət olunmasına nəzarət
edən əxlaq polisinin xüsusi dəstəsi tərəfindən saxlanılıb. Gənc qız
İran qanunlarına əsasən hicaba düzgün riayət etməməkdə ittiham
edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.