İşğaldan azad edilən ərazilərdə bu il 300 ton bal süzülüb

Bakı. Trend:

Bu il Azərbaycanda 7 min ton bal süzülüb.

Bunu Trend-ə “Azərbaycan Arıçılar Assosiasiyası”
İctimai Birliyinin İdarə Heyətinin sədri Bədrəddin Həsrətov
deyib.

Onun sözlərinə görə, ümumilikdə ötən illərə nisbətən bal süzümü
ölkəmizdə bu il artıb.

“Bal süzümünün artmasının əsas səbəblərindən biri də azad edilən
torpaqlarda arıçılığın inkişaf etdirilməsidir. İşğaldan azad edilən
ərazilərə bu il təxminən 20 min arı ailəsi köçürülmüşdü. Həmin
ərazilərdə 300 ton bal süzülüb. Ötən illə müqayisədə bu il arı
ailələrinin sayında və bal süzümündə artım var. Bizim gələcək
hədəfimiz azad olunan torpaqlarda bal süzümünü 3 min tona
çatdırmaqdır. Bunun üçün həmin torpaqlarda arıçılıq üçün münbit
şərait var. Bu il ölkəmizdə süzülən bal daxili tələbatı
artıqlamasıyla ödəyəcək. Belə ki, bizim hesablamalarımıza görə,
ölkəmizin bal tələbatı 6 min tondur. Qalan min tonu isə ixraca
yönəltmək olar”, – deyə B.Həsrətov bildirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.