İsmayıllıdaa qeyri-qanuni yolla ağac kömürü istehsal edən 4 ocaqxana aşkarlanıb

Bakı. Trend:

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən
keçirilmiş nəzarət tədbirləri zamanı İsmayıllı rayonu, Tağlabiyan
kəndinin ərazisində bələdiyyə mülkiyyətinə aid torpaq sahəsində
qanunsuz yolla ağac kömürü istehsal edən 4 ocaqxana və kömür quyusu
aşkar olunub.

Bu barədə Dövlət Ekoloji Təhlükəsizlik Xidmətindən məlumat
verilib.

Xidmət rəsmisi Bəhruz Məhəmmədov bildirib ki, aşkar olunan kömür
quyuları ləğv edilib və təqsirkar şəxslərin müəyyən olunması üçün
toplanmış sənədlər İsmayıllı Rayon Polis Şöbəsinə göndərilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.