İsraildə Ermənistanın təxribatları ilə əlaqədar etiraz aksiyası keçirilib (FOTO)

Bakı. Trend:

Aksiya “Azİz” İsrail-Azərbaycan Beynəlxalq Assosiasiyasının
təşkilatçılığı, Kiryat-Bialik şəhəri bələdiyyəsinin dəstəyi və
şəhərin birinci vitse-meri Naxum Raçevskinin birbaşa iştirakı ilə
baş tutub.

Diasporla İş üzrə Dövlət Komitəsindən Trend-ə bildirilib ki,
aksiya iştirakçıları Azərbaycanın dövlət sərhədində Ermənistan
silahlı qüvvələrinin törətdiyi təxribatların dayandırılmasını tələb
edərək, iki ölkə arasında sülh müqaviləsinin imzalanmasına çağırıb.
Ölkəmizin ərazilərində erməni işğalçıları tərəfindən minaların
basdırılması və mədəni irsimizin məhv edilməsinə etiraz səsi
ucaldılıb.

Aksiya zamanı İsrail və Azərbaycan bayraqlarını dalğalandıran
icmamız ivrit və ingilis dillərində “Azərbaycan sülh istəyir,
Ermənistan müharibəni seçir!”, “Azərbaycan torpaqlarında erməni
əsgərləri olmamalıdır!”, “Ermənistan, sülh müqaviləsini imzala!”,
“Ermənistan faktları təhrif edir, dünya ictimaiyyətini aldadır!”,
“Ermənilərin basdırdıqları minalar mülki əhalini öldürür!”,
“Ermənistan minaları hərbi cinayətdir!”, “Ermənistan, hücumları
dayandır!”, “Ermənistan, bizim torpaqlarımızın minalanmasını
dayandır!”, “Ermənistan Azərbaycanın İrəvandakı mədəni irsini məhv
edib!” və digər şüarların yazıldığı plakatları nümayiş
etdiriblər.

Yerli sakinlərə Ermənistanın son təxribatı nəticəsində həlak
olmuş Azərbaycan hərbçilərinin adlarını və fotolarını əks etdirən
bukletlər paylanıb, şəhidlərimizin xatirəsinə şam yandırılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.