İsrailin Təl-Əviv Universitetinin professoruna ADNSU-nun fəxri professoru diplomu təqdim olunub (FOTO)

Bakı. Trend:

Sentyabrın 23-də Azərbaycan Dövlət Neft və Sənaye
Universitetində (ADNSU) Elmi Şuranın növbədən kənar iclası
keçirilib. İclasda ADNSU-nun dünya elmi birliyində tanınmış məzunu,
İsrailin Təl-Əviv Universitetinin professoru Lev Eppelbauma
ADNSU-nun fəxri professoru diplomu təqdim olunub.

Öncə ADNSU-nun rektoru, professor Mustafa Babanlı növbədənkənar
Elmi Şuranın keçirilmə səbəbi və gündəlikdə olan yegənə məsələnin –
Professor Lev Eppelbauma ADNSU-nun fəxri professoru diplomunun
təqdimatı olduğunu bildirib. ADNSU-nun Elmi Şurasının 1 oktyabr
2020-ci il tarixli iclasında qəbul olunmuş qərara əsasən, Lev
Eppelbauma fəxri professor adının verilməsinin təsdiq olunduğunu
xatırladan rektor, professor Mustafa Babanlı Lev Eppelbaumun bu adı
çoxdan qazandığını və universitetin fəxri məzunlarından olduğunu
Şura üzvlərinin diqqətinə çatdırıb.

İclasda ADNSU-nun Elmi işlər üzrə prorektoru, professor Lətafət
Qardaşova Lev Eppelbaumun həyat və yaradıcılığı, elmi fəaliyyəti
haqqında geniş məlumat verib.

Sonra rektor, professor Mustafa Babanlı ADNSU-nun fəxri
professoru diplomunu qonağa təqdim edib, onu öz adından və
universitetin professor-müəllim heyəti adından təbrik edib.

Lev Eppelbaum məzunu olduğu ADNSU-nun onun üçün hər zaman doğma
olduğunu deyib və ona göstərilən diqqətə, yüksək etimada görə
professor Mustafa Babanlıya və Elmi Şuranın üzvlərinə
minnətdarlığını bildirib.

Sonra professor Lev Eppelbaum geniş məruzə ilə çıxış edib və
şura üzvlərinin suallarını cavablandırıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.