Messi “Barselona”ya qayıtmaq ilə bağlı təklifi nəzərdən keçirməyə hazırdır

Bakı. Trend:

Fransanın “Pari Sen-Jermen” futbol klubunun və Argentina milli
komandasının hücumçusu Lionel Messi İspaniyanın “Barselona”
komandasına transfer təklifini nəzərdən keçirməyə hazır olduğunu
bildirib.

Trend-in
məlumatına görə, bu barədə “Forbes” xəbər verib.

İspaniya klubunun prezidenti Joan Laporta 35 yaşlı argentinalıya
“Barselona”ya mümkün qayıtması barədə zəng edib. Klubun prezidenti
L.Messidən müqaviləsini daha əvvəl yeniləyə bilmədiyi üçün üzr
istəyib.

Hücumçu hazırda keçidi müzakirə etməyib. O, 2022-ci ilin Dünya
çempionatına qədər PSJ-dən ayrılmaq fikrində olmadığını, lakin
bundan sonra danışıqlara hazır olduğunu bildirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.