MİDA-nın təxirə salınmış mənzil seçimi bu tarixdə yenidən keçiriləcək

Bakı. Trend:

MİDA-nın təxirə salınmış mənzil seçimi prosesinin 24.09.2022-ci
il tarixində saat 15:00-da keçirilməsi qərara alınıb.

Trend xəbər verir ki, bu barədə Dövlət Təhlükəsizliyi
Xidmətinin, Mənzil İnşaatı Dövlət Agentliyinin, Vətəndaşlara Xidmət
və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi yaydığı birgə
məlumatında qeyd olunub.

Xatırladaq ki, Mənzil İnşaatı Dövlət Agentliyinin növbəti
layihəsi – Yasamal Yaşayış Kompleksinin ikinci mərhələsində 815
mənzilin 15.09.2022-ci il tarixində seçim prosesi başlamazdan öncə
dövlət orqanlarının informasiya sistemlərinə kiber müdaxilələrin
edildiyi təsbit olunmuş, seçim prosesinin vaxtı təxirə salınmış və
faktla bağlı Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq baş
idarəsində cinayət işi başlanılmışdı

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.