Monteneqro parlamenti prezidentin istefası proseduruna başlayıb

Bakı. Trend:

Monteneqronun parlament çoxluğu ölkə prezidenti Milo Cukanoviçin
istefası proseduruna başlamaq təklifini imzalayıb.

Trend-in
məlumatına görə, bu barədə ölkənin “RTCG” televiziyası
bildirib.

Məlumata əsasən, 80 yerlik parlamentin 41 deputatı parlamentə
“prezidentin konstitusiyanı pozmasını yoxlamağı” nəzərdə tutan
sənədi imzalayıb, həmçinin Monteneqro liderinin istefası
prosedurunu işə salıb. Sənəddə deyilir ki, “Prezident Cukanoviç
bütün parlament partiyalarını gələcək baş nazirin namizədliyi ilə
bağlı məsləhətləşmələrə dəvət etməməklə ölkə konstitusiyasının
95-ci maddəsinin 5-ci bəndini pozub”.

“Təsdiqləyirik ki, Cukanoviç 41 deputatın dəstəyini alan Baş
nazir vəzifəsinə namizəd Miodraq Lekiçi danışığa dəvət etməyib.
Prezident Milo Cukanoviç bu hərəkətləri ilə şübhəsiz ki,
konstitusiyanı pozmuşdur. Bunun əsasında Monteneqro
Assambleyasından Prezidentin istefası proseduruna başlamasını xahiş
edirik”, – deyə sənəddə bildirilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.