Mövlud Çavuşoğlu Moldova xarici işlər naziri ilə görüşüb

Bakı. Trend:

Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu ABŞ-ın Nyu-York
şəhərində Moldova xarici işlər naziri Niku Popesku ilə görüşüb.

Trend-in
məlumatına görə, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi
bildirib.

Nazirlik bildirib, M.Çavuşoğlu Birləşmiş Millətlər Təşkilatının
77-ci Baş Assambleyasında iştirak etmək üçün gəldiyi ABŞ-ın
Nyu-York şəhərində təmaslarını davam etdirir.

Nazir təmasları çərçivəsində Türkevidə Moldova xarici işlər
naziri Niku Popesku ilə görüşüb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.