MÜSİAD Azərbaycan Bakıda keçirilən Azərbaycan-Türkiyə səhiyyə biznes forumu və sərgisində iştirak edib (FOTO)

Bakı. Trend:

Sentyabrın 22-də Bakıda “Azərbaycan-Türkiyə səhiyyə biznes
forumu və sərgisi”nin açılış mərasimi keçirilib. Tədbir hər iki
ölkənin səhiyyə nazirliklərinin dəstəyi ilə təşkil olunub.

Trend-in məlumatına görə, səhiyyə sektorunda fəaliyyət göstərən
şirkət və dövlət qurumlarının iştirak etdiyi tədbirin
tərəfdaşlarından biri Müstəqil Sənayeçi və İş Adamları Dərnəyidir
(MÜSİAD).

Tədbirdə MÜSİAD Azərbaycan idarə heyətinin sədri Rəşad Cabirli
və idarə heyətinin üzvləri iştirak ediblər.

Tədbir gedişatında baş tutan, Türkiyənin Səhiyyə naziri
Fahrettin Kocanın da iştirak etdiyi sektor görüşü çərçivəsində
MÜSİAD Azərbaycanın ölkələr arasında səhiyyə sahəsində ticari
əlaqələrin genişləndirilməsinə töhfə verə biləcəyi barədə fikirlər
səsləndirilib.

Sonda MÜSİAD Azərbaycan idarə heyətinin sədri Türkiyənin Səhiyyə
naziri Fahrettin Kocaya xatirə hədiyyəsi təqdim edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.