MÜSİAD-ın təşəbbüsü ilə Özbəkistanda Türkiyə-Özbəkistan İş Forumu keçirilib (FOTO)

Bakı. Trend:

Müstəqil Sənayeçi və İş Adamları Dərnəyinin (MÜSİAD) təşəbbüsü
ilə Özbəkistanda Türkiyə-Özbəkistan İş Forumu keçirilib.

Trend-in məlumatına görə, bu
barədə TurkicWorld-ə MÜSİAD-dan
bildirilib.

Məlumata görə, Forumda Türk və Özbək iş adamları ilə yanaşı
MÜSİAD prezidenti Mahmut Asmalı və Türkiyənin Özbəkistandakı səfiri
Serdar Kelebek, Özbəkistan Ticarət və Sənaye Palatasının rəhbərinin
köməkçisi İslom Kazimoviç və MÜSİAD Özbəkistan rəhbəri Olgan Bekar
da iştirak edib.

Forumdan sonra, MÜSİAD Özbəkistana üzv olan Türk şirkətlərini
ziyarət edən Asmalı onlardan layihələri haqqında məlumat alıb.

“Daşkəndin ən böyük investisiyalarından biri olan ‘Nest One’
layihəsi ilə tanış olaraq görülən işlər haqqında
məlumatlandırıldıq.” – deyə Asmalı bildirib.

MÜSİAD Özbəkistan üzvü Yusuf Sarıkoçla rəhbərlik etdiyi Koç
İnşaat şirkətində bir araya gələrək onun bölgədəki işləri və
layihələri haqqında da məlumat alan Asmalı, daha sonra MÜSİAD
üzvləri ilə ‘Həzrəti İmam Külliyesi’-ni ziyarət edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.