Ötən sutka ərzində 3-ü azyaşlı olmaqla 5 nəfər xilas edilib – FHN (VİDEO)

Bakı. Trend:

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə
düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii
və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində
fəaliyyətini davam etdirir.

FHN-dən Trend-ə verilən məlumata görə, “112” qaynar telefon
xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları
tərəfindən ötən sutka ərzində 35 yanğına çıxış və 4 halda köməksiz
vəziyyətdə qalma faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata
keçirilib. Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində
yanğınların operativ söndürülməsi, insanların həyatının xilas
olunması təmin edilib.

Ümumilikdə, FHN-in qüvvələri tərəfindən ötən sutka ərzində 3-ü
azyaşlı olmaqla 5 nəfər xilas edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.