“PAŞA Bank” sahibkarlığın inkişafına dəstək verəcək növbəti məhsulu istifadəyə verib

Bakı. Trend:

Ölkənin aparıcı korporativ maliyyə institutu və real sektorun
aparıcı qüvvəsi olan “PAŞA Bank” tərəfindən Azərbaycanda
sahibkarlığın inkişafına dəstək göstərəcək növbəti məhsul
istifadəyə verilib. Belə ki, Bank, daşınmaz əmlakın lizinqini yerli
bazara təqdim edib.

Bu məhsul fərdi sahibkarlar və hüquqi şəxslərə ofis, ticarət,
istehsal obyektləri, eləcə də kommersiya təyinatlı digər daşınmaz
əmlak və qeyri-yaşayış sahələri almağa xidmət edir. Lizinq şərtləri
ilə maksimal 10 milyon manatadək dəyəri olan daşınmaz əmlakı əldə
etmək mümkündür. Lizinq üçün ayrılmış maksimal müddət 120 ay təşkil
edir.

“Daşınmaz əmlakın lizinqi biznes sahibləri üçün geniş imkanlar
vəd edən sahələrdəndir. Mövcud təcrübəmiz, o cümlədən maliyyə
bazarının dərin təhlilinə əsaslanan biliyimiz, bu istiqamətdə də
müştərilərin bələdçisinə və tərəfdaşına çevrilməyimizə kömək
edəcək. Bu sahədə böyükmiqyaslı sövdələşmələrə imza atmaq üçün
bütün imkanlara malikik”, – deyə “PAŞA Bank”ın Korporativ və
institusional bankçılıq departamentinin kreditləşmə üzrə sahə
rəhbəri Ceyhun Baloğlanov xidmət haqqında fikirlərini bölüşüb.

Xatırladaq ki, “PAŞA Bank” sahibkarlıq subyektlərinə dəstək
göstərmək və ümumilikdə biznes proseslərini daha da
optimallaşdırmaq üçün bir sıra xidmət və məhsullar istifadəyə
verib. Bununla da, sahibkarlara zamanlarına qənaət etməkdə və bütün
diqqəti bizneslərinin inkişafına yönəltməkdə yardımçı olub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.