Qazaxda narkotik satan və alan şəxslər saxlanılıb (FOTO)

Bakı. Trend:

Qazax rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri
əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq narkotik
vasitə əldə edib saxlamaqda şübhəli bilinən rayon sakinləri Məlahət
Muradova və Faiq Məmmədov saxlanılıb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə,
dindirilmə zamanı saxlanılan şəxslər narkotik vasitəni evində
xidmətçi işlədikləri Adil Qurbanovdan pul müqalibində aldıqlarını
etiraf ediblər.

Davam etdirilən istintaq-əməliyyat tədbirləri nəticəsində
saxlanılan şəxslərə narkotik vasitəni satmaqda şübhəli bilinən
rayon sakini Adil Qurbanov da saxlanılıb. Onun evinə baxış zamanı
ümumi çəkisi 295 qram narkotik maddə olan heroin aşkar edilərək
götürülüb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.