Qazaxıstandan Türkiyə limanlarına 15 min tondan çox yük daşınıb

Bakı. Trend:

2022-ci ilin yanvar-avqust aylarında Qazaxıstandan Türk
limanlarına 15 min 126 ton yük daşınıb.

Bu barədə TurkicWorld-ə Türkiyənin Nəqliyyat və İnfrastruktur
Nazirliyindən məlumat verilib.

Nazirlikdən verilən məlumata görə, Türkiyə və Qazaxıstan bayrağı
altında üzən gəmilər Qazaxıstandan limanlara yük çatdırmayıb.

Digər ölkələrin bayraqları altında üzən gəmilər isə Türkiyə
limanlarına 9 min 76 ton yük çatdırıb.

2022-ci ilin yanvar-avqust aylarında Türkiyə limanlarına
Qazaxıstandan 9 min 76 ton tranzit yük daşınıb.

Qeyd edək ki, 2022-ci ilin avqust ayında Türkiyə limanları 33
milyon 443 min 563 ton yük qəbul edib. Bu dövr ərzində də Türkiyə
bayrağı altında gəmilərlə daxili limanlara yük qəbulu 2 milyon 387
min 410 ton təşkil edib.

Türkiyə limanlarına digər ölkələrin bayraqları altında gəmilərlə
yük daşınması 31 milyon 56 min 153 ton olub. Bununla yanaşı,
2022-ci ilin avqust ayında Türkiyə limanlarından 6 milyon 205 min
751 ton transit yük daşınıb.

Nazirlikdən verilən məlumata görə, 2022-ci ilin yanvar-avqust
aylarında Türkiyə limanları 264 milyon 644 min 817 ton yük qəbul
edib.

2022-ci ilin yanvar-avqust aylarında Türkiyə bayrağı altında
gəmilərlə yük qəbulu 18 milyon 953 min 750 min ton təşkil edib.
Digər ölkələrin bayraqları altında gəmilərlə isə Türkiyə
limanlarına yükdaşımalar 245 milyon 691 min 67 ton təşkil edib.

Məlumatda bildirilib ki, 2022-ci ilin yanvar-avqust aylarında
Türkiyə limanlarından 54 milyon 39 min 258 ton transit yük
daşınıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.