Qrantların alınması daha şəffaflaşdırılır

Bakı. Trend:

Qrantların alınması daha da şəffaflaşdırılır.

Trend-in məlumatına görə, bu barədə məsələ Milli Məclisin
İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün
keçirilən iclasında müzakirəyə çıxarılan və parlamentin plenar
iclasına tövsiyə edilən “Qrant haqqında” qanuna təklif edilən
dəyişiklikdə əksini tapıb.

Layihəyə əsasən, müvafiq icra hakimiyyəti orqanının müəyyən
etdiyi orqanın (qurumun) Azərbaycan Respublikasının adından və ya
müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun)
adından aldığı qrantların reyestri müvafiq icra hakimiyyəti
orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi qaydada
aparılacaq.

Qanun layihəsində təklif edilən dəyişikliklərin əsas məqsədinin
qrantların alınmasında şəffaflığı təmin etmək, bu sahədə müasir
tələblərə cavab verən sistem formalaşdırmaq, qrantlar haqqında
zəruri məlumatları əhatə edən vahid informasiya sistemi yaratmaq,
nəzərdə tutulan reyestrin eyni forma, metod və prinsiplər əsasında
aparılmasını təmin etmək olduğu qeyd olunub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.