Şəhid ailələrinə qarşı dələduzluqda təqsirləndirilən şəxs 7 il azadlıqdan məhrum edildi

Bakı. Trend:

Bakı Ağır Cinayətlər Məhkəməsində şəhid ailələrinə qarşı külli
miqdarda dələduzluqda təqsirləndirilən Fərid Abdinovun işi üzrə
məhkəmə prosesi başa çatıb.
Trend-in məlumatına görə, hakim Cavid Hüseynovun sədrliyi ilə
keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.
Məhkəmənin hökmü ilə F. Abdinov 7 il azadlıqdan məhrum edilib.

İttihama görə, vətəndaşlar Ü.Əsədova, K.İsmayılova və
E.Eynullayev Daxili İşlər Nazirliyinə müraciət edərək Bakı şəhər
sakini Fərid Abdinovun onlara müxtəlif vədlər verərək
etibarlarından sui-istifadə etməklə külli miqdarda pul vəsaitlərini
ələ keçirdiyini bildiriblər.

DİN- verilən xəbərə görə, vətəndaşların şikayətləri araşdırılıb
və onların Fərid Abdinov barədə qeyd etdikləri qanunsuz əməllər
təsdiqini tapıb.
Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi
başlanmış, Fərid Abdinova ittiham elan edilməklə barəsində
məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. İstintaqla
müəyyən edilib ki, Fərid Abdinov dələduzluq yolu ilə
zərərçəkənlərin ümumilikdə 178 min manat pulunu ələ keçirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.