Şəhid Azad Kərimovun ailəsi ziyarət edilib (FOTO)

Bakı. Trend:

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşları 12-14
sentyabr tarixlərində Ermənistan silahlı qüvvələrinin törətdiyi
təxribatların qarşısını alan zaman şəhidlik zirvəsinə ucalan gizir
Azad Kərimovun Qazax rayonunda yaşayan ailəsini ziyarət
ediblər.

Nazirlikdən Trend-ə verilən
məlumata görə, Vətən müharibəsində də qəhrəmanlıq göstərmiş Azad
Kərimov Prezident İlham Əliyevin müvafiq Sərəncamları ilə “Döyüşdə
fərqlənməyə görə”, “Xocavəndin azad olunmasına görə”, “Kəlbəcərin
azad olunmasına görə” və “Şuşanın azad olunmasına görə” medalları
ilə təltif edilib.

Ailənin diqqətinə çatdırılıb ki, Prezident İlham Əliyevin
tapşırığına əsasən, şəhid ailələri ilə bağlı bütün sosial dəstək
tədbirlərinin görülməsi təmin olunur.

Qəhrəman hərbçilərimizin ailələrinin hər zaman dövlətin diqqət
və qayğısı ilə əhatə olunacağı bildirilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.