Sabahın hava proqnozu açıqlanıb

Bakı. Trend:

Sentyabrın 24-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin
dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz
keçəcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli
Hidrometeorologiya Xidmətindən Trend-ə verilən məlumata görə, lakin
gecəyə doğru bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Şimal-qərb
küləyinin arabir güclənəcəyi gözlənilir.

Abşeron yarımadasında gecə 19-21° isti, gündüz 23-25° isti,
Bakıda gecə 19-21° isti, gündüz 23-25° isti olacaq. Atmosfer
təzyiqi 759 mm civə sütunundan 769 mm civə sütununa yüksələcək.
Nisbi rütubət 60-70 % olacaq.

Azərbaycanın rayonlarında əksər rayonlarda əsasən yağmursuz
olacaq. Lakin gündüz bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış
yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv
olacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər saatlarında
duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclü
olacaq.

Havanın temperaturu gecə 16-20° isti, gündüz 27-32° isti, dağlarda
gecə 3-8° isti, gündüz 10-15° isti olacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.