Şabranda yol qəzasında xəsarət alanların vəziyyəti açıqlanıb

Bakı. Trend:

Şabran rayonu ərazisində baş vermiş yol-nəqliyyat hadisəsində
xəsarət alan 12 nəfərin müalicəsi TƏBİB-in tabeliyindəki tibb
müəssisələrində davam etdirilir.

TƏBİB-dən Trend-ə verilən
məlumata görə, hazırda xəsarət alanlardan 10 nəfər Şabran Rayon
Mərkəzi Xəstəxanasında, 2 nəfər isə Kliniki Tibbi Mərkəzdə müalicə
alır.

Şabran Rayon Mərkəzi Xəstəxanasının Reanimasiya şöbəsində
müalicə alan 1 nəfərin vəziyyəti ağır, Cərrahiyyə şöbəsində müalicə
alan 1 nəfərin vəziyyəti orta ağır, 8 nəfərin vəziyyəti isə orta
stabildir.

Kliniki Tibbi Mərkəzin Reanimasiya şöbəsində müalicə alan 1
nəfərin vəziyyəti ağır, Travmatologiya şöbəsində müalicə alan 1
nəfərin vəziyyəti isə orta ağır olaraq qiymətləndirilir.

Xəstəxanaya yerləşdirilən şəxslərin diaqnozları əsasən döş
qəfəsinin travması, çox saylı qabırğa sınıqları, kəllə-beyin
travmaları, üz, baş, bədən nahiyələrində olan yaralar və s. ilə
bağlıdır.

Qeyd edək ki, hadisə nəticəsində xəsarət alan 3 nəfər ambulator
müalicə üçün evə buraxılıb, bir nəfər isə tibb müəssisəsinə
gətirilərkən yolda dünyasını dəyişib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.