UEFA Millətlər Liqası: Türkiyə yığması B Liqasına yüksəlib

Bakı. Trend:

UEFA Millətlər Liqasının qrup mərhələsində beşinci tura start
verilib.

Trend-in
məlumatına görə, A, C və D Liqalarında ümumilikdə 10 oyun
keçirilib.

C Liqasının üçüncü qrupunda mübarizə aparan Azərbaycan millisi
səfərdə Slovakiya seçməsinin qonağı olub. Rəqibini 2:1 hesabı ilə
məğlub edən millimiz C Liqasında yerini təmin edib.

C Liqasının birinci qrupunda evdə Lüksemburqla 3:3 hesablı
heç-heçə edən Türkiyə yığması B Liqasına vəsiqə qazanıb.

Günün digər oyunlarında aşağıdakı nəticələr qeydə alınıb:

UEFA Millətlər Liqası

Qrup mərhələsi, V tur

A Liqası

1-ci qrup

Fransa – Avstriya – 2:0

Xorvatiya – Danimarka – 2:1

Xal durumu: Xorvatiya – 10, Danimarka – 9, Fransa – 5, Avstriya
– 4

4-cü qrup

Polşa – Niderland – 0:2

Belçika – Uels – 2:1

Xal durumu: Niderland – 13, Belçika – 10, Polşa – 4, Uels –
1

C Lqası

1-ci qrup

Türkiyə – Lüksemburq – 3:3

Litva – Farer adaları – 1:1

Xal durumu: Türkiyə – 13, Lüksemburq – 8, Farer adaları – 5,
Litva – 1

3-cü qrup

Qazaxıstan – Belarus – 2:1

Slovakiya – Azərbaycan – 1:2

Xal durumu: Qazaxıstan – 13, Azərbaycan – 7, Slovakiya – 6,
Belarus – 2

D Liqası

1-ci qrup

Latviya – Moldova – 1:2

Lixtenşteyn – Andorra – 0:2

Xal durumu: Latviya – 12, Moldova – 10, Andorra – 7, Lixtenşteyn
– 0

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.