Vyetnamın dövlət başçısı Prezident İlham Əliyevə təbrik məktubu göndərib

Bakı. Trend:

Vyetnam Sosialist Respublikasının Prezidenti Nquyen Suan Fukdan
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu
gəlib.

Məktubda deyilir:

“Hörmətli cənab Prezident.

Vyetnam ilə Azərbaycan arasında diplomatik münasibətlərin
qurulmasının 30 illiyi münasibətilə Vyetnam dövləti və xalqı
adından Sizə və Azərbaycan xalqına ən səmimi təbriklərimi
çatdırmaqdan şərəf duyuram.

Son 30 ildə ölkələrimiz arasında ənənəvi dostluq
münasibətlərinin inkişaf etməsi və möhkəmlənməsi məmnunluq doğurur.
Birgə səylərimizlə Vyetnam və Azərbaycan arasında ölkələrimizin
inkişafına fəal şəkildə töhfə verən və ikitərəfli əlaqələr üçün
möhkəm təməl yaradan dostluq və hərtərəfli əməkdaşlıq münasibətləri
qurulmuşdur.

Mən qəti şəkildə inanıram ki, hər iki ölkənin liderlərinin
iradəsi və əzmkarlığı, nazirliklərin və digər qurumların birgə
səyləri, eləcə də xalqlarımız arasında əlaqələr sayəsində
Vyetnam-Azərbaycan əməkdaşlığı dövlətlərimizin mənafeyi, həmçinin
dünyada sülh və inkişaf naminə bundan sonra daha da möhkəmlənəcək
və genişlənəcəkdir.

Cənab Prezident, Sizə möhkəm cansağlığı, xoşbəxtlik və ali
dövləti fəaliyyətinizdə uğurlar arzu edirəm”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.