Xızıda dağlıq-meşəlik ərazidəki yanğın məhdudlaşdırılıb

Bakı. Trend:

Xızı rayonu, Yuxarı Əngilan kəndi yaxınlığında mürəkkəb relyefli
dağlıq-meşəlik ərazidə baş vermiş yanğın məhdudlaşdırılıb.

Bu barədə Trend-ə Fövqəladə Hallar Nazirliyindən məlumat
verilib.

Hazırda yanğının tam söndürülməsi istiqamətində tədbirlər davam
etdirilir.

Yanğının söndürülməsi əməliyyatlarına Fövqəladə Hallar
Nazirliyinin müvafiq qüvvələri və Ekologiya və Təbii Sərvətlər
Nazirliyi Meşə Təsərrüfatı Mərkəzinin əməkdaşları cəlb olunub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.