Xızıda dağlıq-meşəlik ərazidəki yanğın söndürülüb

Bakı. Trend:

Xızı rayonu, Yuxarı Əngilan kəndi yaxınlığında dağlıq-meşəlik
ərazidə baş vermiş yanğın havanın küləkli olmasına və relyefin
mürəkkəbliyinə baxmayaraq Fövqəladə Hallar Nazirliyi tərəfindən
görülmüş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində geniş sahəyə
yayılmasına imkan verilmədən söndürülüb.

Bu barədə Trend-ə Fövqəladə Hallar Nazirliyindən məlumat
verilib.

Yanğının söndürülməsi əməliyyatlarında Fövqəladə Hallar
Nazirliyinin müvafiq qüvvələri və Ekologiya və Təbii Sərvətlər
Nazirliyi Meşə Təsərrüfatı Mərkəzinin əməkdaşları iştirak edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.