Xızıdakı yanğının söndürülməsinə helikopterlər cəlb olunub

Bakı. Trend:

Xızı rayonu, Yuxarı Əngilan kəndi yaxınlığında mürəkkəb relyefli
dağlıq-meşəlik ərazidə yanğın baş verib və yanğının söndürülməsinə
FHN-in Dövlət Yanğından Mühafizə Xidməti və Xüsusi Riskli Xilasetmə
Xidmətinin müvafiq qüvvələri cəlb olunub.

Bu barədə Trend-ə FHN-dən bildirilib.

Yanğınsöndürmə işlərini sürətləndirmək və yanğının daha geniş
əraziyə yayılmasının qarşısını almaq məqsədi ilə əraziyə əlavə
olaraq Nazirliyin Aviasiya dəstəsinin iki ədəd helikopteri cəlb
olunub.

Əlavə məlumat veriləcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.