“Ziraat Bank Azərbaycan” Bakıda keçirilən “Azərbaycan-Türkiyə səhiyyə biznes forumu və sərgisi”nin iştirakçısı olub (FOTO)

Bakı. Trend:

Sentyabr ayının 22-də Bakı şəhərində “Azərbaycan-Türkiyə səhiyyə
biznes forumu və sərgisi”nin açılışı baş tutmuşdur. Açılışda
Azərbaycan və Türkiyə Dövlət Himnləri səsləndirildikdən sonra
Azərbaycanın ərazi bütövlüyü uğrunda vuruşan şəhidlərin xatirəsi
bir dəqiqəlik sükutla yad edilmişdir. Tədbirdə Azərbaycan
Respublikası Səhiyyə naziri Teymur Musayev və Türkiyə Cümhuriyəti
Səhiyyə naziri Dr. Fahrettin Koca çıxış edərək, ölkələr arasında
səhiyyə sektorunda mövcud əməkdaşlığın daha da genişləndirilməsi
imkanları haqqında danışdılar.

Tədbirdə səhiyyə sektorunda fəaliyyət göstərən şirkət və dövlət
qurumları ilə yanaşı Ziraat Bank Azərbaycan da iştirak etmişdir.
Ziraat Bank Azərbaycanın İdarə Heyəti sədri Dr. Selçuk Demir stendi
ziyarət edən Azərbaycan və Türkiyə Səhiyyə nazirləri Teymur
Musayev, Dr. Fahrettin Koca və Türkiyənin Azərbaycandakı səfiri
Doç. Dr. Cahit Bağcıya ölkələr arasında səhiyyə sahəsində ticari
əlaqələrin genişləndirilməsinə töhfə verə biləcək bank məhsul və
xidmətləri haqqında məlumat vermişdir. Qeyd edildi ki, Ziraat Bank
Azərbaycan dünyanın 18 ölkəsində fəaliyyət göstərən Ziraat Maliyyə
Qrupunun üzvü olduğu üçün sahibkarlara onların beynəlxalq
ticarətlərində yüksək keyfiyyətli xidmət göstərmək imkanına
sahibdir. Qonaqlara Ziraat Bank Azərbaycan və onun təqdim etdiyi
xidmətlər haqqında ətraflı məlumat verildi, ölkələrimiz arasında
ticarətin milli valyutalar ilə aparılmasında Bankın rolu və pul
köçürmələrində sürətli və sərfəli xidmət təqdim etmə imkanlarına
malik olduğu vurğulandı.

Qeyd edək ki, tədbir hər iki ölkənin Səhiyyə Nazirliklərinin
dəstəyi ilə təşkil olunub və 17 May 2022-ci il tarixində Ankara
şəhərində imzalanmış “Azərbaycan Respublikası Səhiyyə Nazirliyi və
Türkiyə Respublikası Səhiyyə Nazirliyi Arasında Əməkdaşlıq və Yol
Xəritəsi”nə daxil olan silsilə tədbirlərdən biridir.

“Ziraat Bank Azərbaycan” ASC, Türkiyə Respublikasına məxsus, 158
illik tarixə malik olan “Ziraat Maliyyə Qrupu”-nun tərkib
hissəsidir və Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən
verilmiş 30.12.2014-cü il tarixli 255 nömrəli lisenziya əsasında
fəaliyyət göstərir. Bank korporativ və pərakəndə bankçılıq
sahəsində məhsul və xidmətlərini Bakı, Gəncə və Sumqayıt
şəhərlərində yerləşən ümumi 7 filialı ilə yanaşı, rəqəmsal satış və
xidmət platformaları üzərindən də müştərilərə təqdim edir. Bank
2022-ci ildə xarici ticarət istiqamətində göstərdiyi üstün
xidmətlərə görə “Global Finance” beynəlxalq nəşri tərəfindən “İlin
ən yaxşı xarici ticarət xidmətini təqdim edən bank”ı adına layiq
görülmüşdür.

Bankın təqdim etdiyi məhsul və xidmətlər haqqında daha ətraflı
məlumatı, Bankın Facebook, Instagram, Twitter, Linkedin
sosial media hesablarından və ya *9229 qısa nömrəsinə zəng edərək
əldə edə bilərsiniz.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.