Antalyada erməni təxribatlarına etiraz məqsədilə tədbir keçirilib

Bakı. Trend:

Türkiyənin Antalya vilayətində Azərbaycan Ordusuna dəstək və son
zamanlar Ermənistan tərəfindən törədilən təxribatlara etiraz
məqsədilə tədbir keçirilib.

Trend xəbər verir ki, tədbir Antalyada fəaliyyət göstərən
Azərbaycan Xalqlar Dostluğu Dərnəyi tərəfindən təşkil olunub.

Tədbirə siyasi partiyaların Antalyadakı təşkilatlarının
sədrləri, təmsilçiləri, bölgənin icra hakimiyyətinin əməkdaşları,
yerli və xarici QHT-lərin təmsilçiləri və digərləri qatılıblar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.