Ceyhun Bayramov Belçika Krallığının Xarici işlər, Avropa məsələləri, xarici ticarət və federal mədəniyyət institutları üzrə naziri ilə görüşüb

Bakı. Trend:

23 sentyabr tarixində Nyu Yorkda BMT Baş Assambleyasının 77-ci
sessiyasının yüksək səviyyəli həftəsi çərçivəsində Azərbaycan
Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Belçika
Krallığının Xarici işlər, Avropa məsələləri, xarici ticarət və
federal mədəniyyət institutları üzrə naziri Hadja Lahbib ilə
görüşüb.

XİN-dən Trend-ə bildirilib ki, görüş zamanı, Azərbaycan ilə
Belçika arasında ikitərəfli əməkdaşlıq münasibətləri, həmçinin
Avropa İttifaqı ilə tərəfdaşlıq məsələləri ətrafında fikir
mübadiləsi aparılıb.

Görüşdə, enerji sahəsində əməkdaşlıq məsələlərinə diqqət
ayrılıb, Cənub Qaz Dəhlizinin əhəmiyyəti vurğulanıb.

Tərəflər, həmçinin regiondakı son vəziyyəti müzakirə
ediblər.

Nazir Ceyhun Bayramov Ermənistan tərəfinin təxribatlarının
liderlər arasında üçtərəfli bəyanatların və Avropa İttifaqı
Şurasının Prezidenti Şarl Mişelin vasitəçiliyi ilə Azərbaycanla
Ermənistan liderləri arasında razılıqların kobud pozuntusu olduğunu
və vasitəçilik səylərinə xələl gətirdiyini qeyd edib. Nazir,
Azərbaycanın sülh gündəliyini irəli aparmaq üçün ardıcıl addımlar
atdığını qarşı tərəfin diqqətinə çatdırıb.

Belçika naziri vəziyyətin sabitləşməsinin zəruri olduğunu
bildirib. Atəşkəsə əməl edərək, normallaşma prosesinin və
Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi imzalanmasının
zəruriliyini vurğulayıb.

Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər
müzakirə edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.