Ceyhun Bayramov İran İslam Respublikasının xarici işlər naziri ilə görüşüb (FOTO)

Bakı. Trend:

Nyu Yorkda BMT Baş Assambleyasının 77-ci sessiyasının yüksək
səviyyəli həftəsi çərçivəsində Azərbaycan Respublikasının xarici
işlər naziri Ceyhun Bayramov İran İslam Respublikasının xarici
işlər naziri Hüseyn Əmir Abdullahiyan ilə görüşüb.

XİN-dən Trend-ə bildirilib ki, nazir Ceyhun Bayramov, Azərbaycan
və İran arasında ikitərəfli əməkdaşlığın vacibliyini və iki ölkə
tərəfindən bir sıra layihələrin uğurla icra olunduğunu qeyd edib.
Bölgədə nəqliyyat və kommunikasiya dəhlizlərinin formalaşmasında
əməkdaşlıqdan məmnunluq ifadə olunub. C.Bayramov İranın xarici
işlər nazirini Ermənistanın Azərbaycanla sərhəddə törətdiyi son
təxribatlar barədə ətraflı məlumatlandırıb. Tərəflər, həmçinin
ikitərəfli əməkdaşlığın bəzi məsələləri ətrafında fikir mübadiləsi
aparıblar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.