Gürcüstan yığması UEFA Millətlər Liqasında növbəti qələbəsini qazanıb

Bakı. Trend:

Futbol üzrə Gürcüstan yığması UEFA Millətlər Liqasında növbəti
qələbəsini qazanıb.

Trend xəbər verir ki, Gürcüstan millisi Şimali Makedoniya ilə
qarşılaşıb.

Tbilisidə yerləşən Boris Payçadze adına “Dinamo Arena”da
keçirilən oyun Gürcüstan millisinin 2:0 hesablı qələbəsi ilə başa
çatıb.

Makedoniyalılar üzərində qələbə nəticəsində Gürcüstan yığması
qrup mərhələsini birinci yerdə başa vuraraq pley-offa yüksəlib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.