İsveçdə Ermənistanın Azərbaycana qarşı təxribatlarına etiraz olaraq piket keçirilib

Bakı. Trend:

İsveçin paytaxtı Stokholm şəhərində Ermənistan silahlı
qüvvələrinin Azərbaycana qarşı təxribatlarına etiraz olaraq piket
keçirilib.

Trend xəbər verir ki, İsveçdə yaşayan bir qrup Azərbaycan
diaspor fəalı Krallıq parlamentinin qarşısına toplaşaraq, insan
tələfatına səbəb olan erməni təxribatlarına son qoyulmasını tələb
ediblər.

Azərbaycan xalqının sülhsevər olduğunu bildirən piket
iştirakçıları ölkəmizin qarşılıqlı ərazi bütövlüyünə hörmət və
beynəlxalq hüquq əsasında Ermənistanla sülh razılaşması imzalamağa
hazır olduğunu xüsusi ilə diqqətə çatdırıblar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.