Stolüstü tennisçimiz beynəlxalq turnirin yarımfinal mərhələsinə yüksəlib

Bakı. Trend:

Stolüstü tennisçimiz Aylin Əsgərova Tbilisidə keçirilən
yeniyetmələrin “WTT Youth Contender” turnirində uğurla çıxış
edir.

Trend Azərbaycan Stolüstü Tennis Federasiyasına istinadla xəbər
verir ki, bu gün 17 yaşadək idmançıların mübarizəsinə qatılan
tennisçimiz qrup mərhələsində İran və Qazaxıstan tennisçilərinə
qalib gələrək səkkizdəbir finala adlayıb. Ardınca daha iki
qazaxıstanlı rəqibini də üstələyən tennisçimiz adını yarımfinala
yazdırıb. Təmsilçimiz sabah finala vəsiqə uğrunda görüşdə Honkonq
idmançısı ilə qarşılaşacaq.

Qeyd edək ki, bu gün yarışa qatılan daha bir tennisçimiz Arzu
Aslanova dörddəbir finalda mübarizəni dayandırıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.