Albaniyanın TAP-a qoşulmaması böyük uğursuzluqdur – İlir Meta

Bakı. Trend:

Albaniyanın strateji Trans-Adriatik qaz kəməri (TAP) ilə
qoşulmasının olmaması böyük uğursuzluqdur.

Trend-in
məlumatına görə, bunu Albaniyanın sabiq prezidenti İlir Meta öz
“Facebook” səhifəsində yazıb.

“Albaniyanın qazlaşdırılması sıfır səviyyəsindədir. TAP 2020-ci
il noyabrın 15-də istismara verilib. Albaniyanın bu qaz xəttinə
qoşulmasının olmaması böyük uğursuzluqdur. Qazlaşdırma üzrə baş
plana uyğun olaraq İonik-Adriatik boru xətti layihəsini
reallaşdırmaq, Fier-Vlöra boru xəttini TAP birləşdirmək üçün
kifayət qədər vaxt var idi”, – o yazıb.

(Tərcümə: Orxan Nəbiyev)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir