Azərbaycanda sahibkarlıqla bağlı yeni qanun layihəsi hazırlanıb

Bakı. Trend:

Azərbaycanda sahibkarlıqla bağlı yeni qanun layihəsi
hazırlanıb.

Trend-in məlumatına görə, Milli Məclisin İqtisadi siyasət,
sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında
“Mikro, kiçik və orta sahibkarlığın inkişafı haqqında” qanun
layihəsi müzakirəyə çıxarılıb.

Bu Qanun Azərbaycan Respublikası Konstitusiyasının 94-cü
maddəsinin I hissəsinin 10-cu bəndinə uyğun olaraq, mikro, kiçik və
orta sahibkarlığın inkişafı sahəsində münasibətləri tənzimləyir,
mikro, kiçik və orta sahibkarlıq subyektlərinə göstərilən dövlət
dəstəyinin təşviqinin forma və metodlarını müəyyən edir.

Qanun layihəsi 5 fəsil və 15 maddədən ibarətdir.

Qanun layihəsi mikro, kiçik və orta sahibkarlıq subyektlərinə
dəstək göstərilməsinin şərtlərini, mikro, kiçik və orta sahibkarlıq
subyektlərinə dəstəyin formaları, göstərilməsi qaydası və
qiymətləndirilməsi, mikro, kiçik və orta sahibkarlıq subyektlərinə
dəstəyin növlərini və bu qanunun pozulmasına görə məsuliyyəti
müəyyən edir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir