Bakıda motosiklet və skuter qəzasına düşənlərin sayı açıqlanıb

Bakı. Trend:

Son bir ayda motosiklet, moped və skuter qəzası nəticəsində
yaralanan 54 nəfər Kliniki Tibbi Mərkəzə (KTM) gətirilib.

Mərkəzin Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə,
yaralılardan 5-nin vəziyyəti ağır olduğu üçün xəstəxanaya
yerləşdirilib. 49 nəfər isə ilkin tibbi yardım göstərildikdən sonra
evə buraxılıb. Yaralılardan 24-ü motosiklet, 7-si moped, 23-ü isə
skuter qəzasından gəlib.

KTM-in Təcili tibbi yardım şöbəsinin müdiri Aydın Əlizadənin
sözlərinə görə, motosiklet, moped və skuter qəzalarının sayı hər ay
daha da artır:

“Əvvəllər skuter qəzalarına rast gəlinmirdi. Lakin indi
skuterdən yıxılma ilə bağlı şöbəyə tez-tez müraciətlər olur.
Əksəriyət bu qəzalarda müxtəlif travmalar alır. Bəziləri ilkin
tibbi müdaxilə göstərdikdən sonra evə buraxılır. Həmçinin, moped və
motosiklet qəzalarının da sayı hər ay durmadan artır. Qəzaya düşən
gənclərin çoxu kuryerliklə məşğul olur. Lakin bilərəkdən yüksək
sürətlə qəzaya səbəb olanlar da az deyil”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir