Bakıda qaydaları pozan avtobus sürücüsü işdən azad edildi

Bakı. Trend:

Bakıda 136 saylı marşrut xətti ilə hərəkət edən avtobusun
sürücüsünün sərnişinlərin həyatını təhlükəyə atması ilə bağlı
görüntülər yayılıb.

Trend xəbər verir ki, 90 MO 493 dövlət nömrə nişanlı avtobusun
sürücüsü ötmə əməliyyatının qadağan olunduğu yerdə digər sərnişin
avtobusunu ötüb və qarşıdan gələn minik avtomobili ilə toqquşmadan
son anda qurtulub.

Təhlükəli anı əks etdirən görüntü qarşıdan gələn avtomobilin
kamerasına düşüb.

Daşıyıcı şirkətdən Trend-ə bildiriblər ki, sürücü Bakı Şəhər Yol Polisinə
dəvət olunub.

Sürücü törətdiyi qayda pozuntusuna görə altmış manat və üç bal
cərimə olunub və işdən azad edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir