Baş Prokurorluq tərəfindən beynəlxalq əməkdaşlıq sahəsində əlaqələr uğurla inkişaf etdirilir (FOTO)

Bakı. Trend:

Prokurorluq əməkdaşlarının peşə hazırlığının yüksəldilməsi,
onların beynəlxalq təcrübəni öyrənmələri və qazandıqları biliyi
təcrübədə tətbiq etmələri istiqamətində işlər daim diqqət
mərkəzində saxlanılır. Bu məqsədlə prokurorluq əməkdaşlarının təlim
kurslarında, treninqlərdə, o cümlədən beynəlxalq tədbirlərdə
iştirakı təmin olunur.

Baş Prokurorluqdan Trend-ə verilən məlumata görə, belə
tədbirlərin davamı kimi, cari ilin sentyabr ayı ərzində Baş
Prokurorluğun əməkdaşları bir neçə ölkədə beynəlxalq səviyyəli
tədbirlərdə iştirak ediblər.

Daxili işlər orqanlarının istintaq, təhqiqat və
əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət
idarəsinin rəis müavini Toğrul Muxtarov Rumıniyanın Buxarest
şəhərində təşkil olunmuş Hüquq-Mühafizə Orqanlarının İşçiləri üçün
Avropa İttifaqının Təlimlər Agentliyi (CEPOL) tərəfindən “İnsan
Alveri – əsas səbəbləri, kriminallaşması və sənədlərin
saxtalaşdırılması. Qurbanların müəyyənləşdirilməsi, müdafiə
olunması və onlara yardım göstərilməsi” mövzusunda təlimdə iştirak
edərək bu növ cinayətlər üzrə ölkəmizdə tətbiq edilən istintaq
metodikasi və milli qanunvericiliyin təcrübəsi barədə məlumat
verib.

Bundan başqa, qeyd edilən idarənin prokuroru Orxan Yusubov
İstanbul şəhərində Kibercinayətkarlığa qarşı mübarizə üzrə IV
Regional Əməkdaşlıq təlimində iştirak edərək ölkəmizdə istintaq
edilən kibercinayətkarlıq sahəsində cinayət işləri üzrə zərurət
yarandıqda sorğuların texniki vasitələrdən istifadə olunmaqla –
faks, elektron poçt vasitəsilə və ya diplomatik yollarla
çatdırıldığı barədə tədbir iştirakçılarını məlumatlandırıb.

Həmçinin, həmin idarənin prokuroru Hüseyn Hüseynov insan
alverinə qarşı mübarizə mövzusunda ABŞ Konqresi tərəfindən
maliyyələşdirilən “Açıq Dünya Ziyarət Proqramı” tədbiri çərçivəsidə
ABŞ-ın Çikaqo şəhərində yerləşən müxtəlif qabaqcıl universitetlərin
professorları, habelə insan alverinə qarşı mübarizədə fəaliyyət
göstərən müxtəlif hökumət və qeyri-hökumət təşkilatlarının
nümayəndələri ilə görüşlərdə iştirak edərək onların insan alverinə
qarşı mübarizə siyasətinin həyata keçirilməsi haqqında araşdırma
fəaliyyətləri ilə tanış olaraq bu kateqoriyadan olan cinayərlərdən
zərər çəkmiş şəxslərə göstərilən xidmətlər barədə məlumatlar əldə
edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir