Çavuşoğlu Şərqi Avropa və Balkan ölkələrinə Azərbaycan qazının çatdırılmasından danışıb

Bakı. Trend:

Şərqi Avropa, Balkan ölkələri Azərbaycan qazının çatdırılması
məsələsində Türkiyədən vasitəçilik gözləyir.

Trend-in məlumatna görə, bunu Türkiyənin xarici işlər naziri
Mövlud Çavuşoğlu deyib.

“Şərqi Avropa, Balkan ölkələrinin həm elektrik enerjisi
ehtiyacının qarşılanması, həm də Azərbaycan qazının bu ölkələrə
çatdırılması məsələsində hər kəsin gözü Türkiyədədir”, – nazir
deyib.

Nazir xatırladıb ki, “Türkiyə “taxıl böhranı” razılaşması ilə
ərzaq böhranını həll etdi:

“Bu gün enerji böhranının həll edilməsində önəmli rol
oynayırıq”, – deyə M.Çavuşoğlu əlavə edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir