Heydər Əliyev Mərkəzində “Dünya xəzinələri – Azərbaycan” filminin premyerası olacaq (VİDEO)

Bakı. Trend:

Bu gün Heydər Əliyev Mərkəzində “Dünya xəzinələri – Azərbaycan”
(“Treasures of the World – Azerbaijan”) filminin premyerası
olacaq.

Heydər Əliyev Fondundan Trend-ə verilən məlumata görə, film
Heydər Əliyev Fondu və bp şirkətinin birgə tərəfdaşlığı, Böyük
Britaniyanın “Sandstone Global Productions” şirkəti tərəfindən Bakı
Media Mərkəzinin dəstəyi ilə hazırlanıb.

Bakı, Şuşa, Qobustan və Şəkinin ecazkar və əsrarəngiz tarixini,
mədəni xəzinələrini təqdim edən film Azərbaycanın zəngin mədəni
irsinin beynəlxalq miqyasda təbliğinə yönəlib.

Filmin müəllifi, tarixçi, yazıçı, aparıcı və məşhur “Dünya
xəzinələri” sənədli filmlər silsiləsinin ssenari müəllifi və
təqdimatçısı professor Bettani Hyuzdur (Bettany Hughes).

Heydər Əliyev Fondu və bp Azərbaycan auditoriyası üçün filmin
Azərbaycan və ingilis dillərində 60 dəqiqəlik tam versiyasını da
hazırlayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir