İpoteka və Kredit-Zəmanət Fondu ipoteka kreditləri üzrə bankların marjasını açıqlayıb

Bakı. Trend:

Bankların adi ipoteka kreditləri üzrə maksimal marjası dörd faiz
təşkil edir.

Trend-in məlumatına görə, bunu İpoteka və
Kredit-Zəmanət Fondunun İpoteka kreditləri departamentinin
direktoru Rasim Abdullayev KİV üçün məşğələ zamanı deyib.

O qeyd edib ki, güzəştli kreditlər üzrə marja üç faizdir.

“Fondun cəlb olunan vəsaitlərinin dəyəri adi faizlər üzrə üç
faizdir, bir faiz isə fondun müəyyən etdiyi marjadır”, – deyə o
bildirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir