Mikro, kiçik və orta sahibkarlığın inkişafı sahəsində koordinasiya qrupu yaradılacaq

Bakı. Trend:

Azərbaycanda mikro, kiçik və orta sahibkarlığın inkişafı
sahəsində koordinasiya qrupu yaradılacaq.

Trend-in məlumatına görə, bu barədə məsələ Milli Məclisin
İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün
keçirilən iclasında müzakirəyə çıxarılan yeni hazırlanmış “Mikro,
kiçik və orta sahibkarlığın inkişafı haqqında” qanun layihəsində
əksini tapıb.

Layihəyə əsasən, mikro, kiçik və orta sahibkarlığın inkişafı
sahəsində fəaliyyətin əlaqələndirilməsi məqsədilə müvafiq icra
hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən
səlahiyyətli qurumun yanında daimi fəaliyyət göstərən koordinasiya
qrupu yaradılır. Koordinasiya qrupunun tərkibi, habelə
səlahiyyətləri və fəaliyyəti ilə bağlı məsələlər haqqında əsasnamə
müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum)
tərəfindən müəyyən ediləcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir