“Papanin” və “Kubinka”da narkotik alverçiləri saxlanılıb (FOTO)

Bakı. Trend:

Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən ötən gecə
rayonun “Papanin”, “Kubinka” kimi tanınan ərazilərində, eləcə də,
Şamil Əzizbəyov, Hüseynbala Əliyev, Namiq Məlikov küçələrində daha
bir əməliyyat keçirilib.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, tədbir
zamanı qeyd edilən ərazilərdə narkotiklərin qanunsuz dövriyyəsi və
satışı ilə məşğul olan daha 8 nəfər saxlanılıb.

Həmin şəxslərdən ümumilikdə 2 kiloqrama yaxın heroin, tiryək və
psixotrop maddə olan metamfetamin aşkar edilib. Saxlanılan şəxslər
ifadələrində narkotiklərin sosial şəbəkələr vasitəsilə onlayn yolla
alqı-satqısını həyata keçirdiklərini bildiriblər.

Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən həyata
keçirilən daha bir əməliyyat zamanı paytaxt ərazisində evlərdən
silsilə oğurluqlar edən İlkin Salayev tutulub. Ətrafında aparılan
araşdırmalar zamanı onun Nəsimi rayonu və paytaxtın digər
ərazilərində 18 evdən pul, qızıl-zinət və digər qiymətli əşyalar
oğurladığı məlum olub.

Faktlarla bağlı toplanan materiallar Nəsimi RPİ-nin İstintaq
Şöbəsinə göndərilib. Adları çəkilən şəxslərin hər biri barəsində
məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib, əməliyyatlar
davam etdirilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir