Qadınların səlahiyyətləndirilməsi və gücləndirilməsi

Bakı. Trend:

Mesenat Hacı Zeynalabdin Tağıyev
demişdir:Bir oğlana təhsil versən,
savadlı bir adam qazanarsan.
Lakin bir qıza təhsil versən
savadlı bir ailə”.

Holcim mərkəzinin Qaradağ rayonunun Ümid qəsəbəsində təşkil
etdiyi 3 aylıq tibb bacısı kursları bu gün başa çatdı. Təlim zamanı
20 qadın və qız ilkin tibbi yardım proqramını başa vurmuş, iynə
vurmağı öyrənmiş, dərmanlar haqqında məlumat əldə etmiş, bəzi
xəstəlikləri əlamətlərinə görə tanımağı öyrənmiş, ən əsası isə
özlərini tanımışlar. Kursun iştirakçısı Cəmilə Fətullayeva deyir:
“Özümə inamım artdı və ailəmə faydalı olduğumu hiss etdim”.

Mərkəzdə kurslarla yanaşı, Təhsil və Elm Nazirliyinin dəstəyi
ilə yaradılmış uşaq bağçası da fəaliyyət göstərir. Qadınlar üçün
özünüinkişaf üzrə təlimlər və kurslar keçirilir, qadınlara
psixoloji məsləhətlər verilir. “Çox şadam ki, Holcim şirkəti bizim
üçün bu cür mərkəz yaradıb, biz burada təkcə təhsil almırıq, həm də
özümüz layihələr həyata keçiririk, qəsəbədə yaşıllıq salırıq,
uşaqlar üçün Novruz bayramı təşkil edirik və s.” mərkəzin fəalı
Lamiyə Qurbanova belə deyir.

Qaradağ rayon icra başçısının müavini Təranə Ismayılova, İsveçrə
səfirliyinin missiya rəhbərinin müavini və İsveçrə Əməkdaşlıq
Bürosunun regional direktorunun müavini cənab Alberto Hernandez,
Mərakeş Krallığının Azərbaycandakı səfirliyinin missiya rəhbərinin
müavini Kərim Namid, “Fem ACT” Azərbaycan Qadın Fondunun rəhbəri
Pərvanə Məmmədova, “Holcim Azərbaycan” şirkətinin Baş direktoru
Xalid Samaka və Holcim Qaradağ Sement Zavodunun Texniki direktoru
Əli Hüseynov kursun məzunlarını təbrik etmək üçün bu tədbirə
qoşulublar.

Bəziləri üçün bu, ilk hazırlıq kursları idi və qızlar əldə
etdikləri biliklərdən həvəslənərək təhsillərini davam etdirmək,
kollec və ya ali məktəblərə ​​​​daxil olmaq niyyətindədirlər.

Müəssisələr, QHT-lər və dövlət qurumları arasında uğurlu sosial
tərəfdaşlıq, layihənin dayanıqlı inkişafı üçün yaxşı əsas ola
bilər.

“Korporativ Sosial Məsuliyyət bizim dayanıqlıq strategiyamızın
bir hissəsidir. Tikinti sənayesində innovasiyaların tətbiqi,
dairəvi iqtisadiyyatın tətbiqi və tikinti tullantılarının
utilizasiyası proqramlarının həyata keçirilməsi ilə paralel olaraq
biz sosial təşəbbüsləri daim xatırlayır və dəstəkləyirik. Bundan
əlavə, Holcim şirkəti BMTnin Gender Bərabərliyi
Qadınların Səlahiyyətləndirilməsi Məsələləri üzrə
Quruma (UN WEP) qoşulmuş və üzərinə, fəaliyyətinin bütün
sahələrində gender bərabərliyi prinsipini əsas istiqamətə çevirmək
öhdəliyini götürmüşdür və bu layihə bizim bu prinsiplərə
sadiqliyimizin bariz nümunəsi ola bilər. Biz qadınların
səlahiyyətlərini genişləndirmək və artırmaq üzrə layihələri
dəstəkləməyə davam edəcəyik”, – Baş direktor Xalid Samaka çıxışında
belə deyib.

“Holcim Azərbaycan” haqqında

Holcim insanlar və planet üçün tərəqqi yaradır. Sement, HQB,
beton, bərk beton qarışığı və termoblok üzrə innovativ və dayanıqlı
tikinti həlləri sahəsində qlobal liderlər sırasında yer alan
“Holcim Azərbaycan” şirkəti Azərbaycanda
daha yaşıl
şəhərlərin, daha ağıllı infrastrukturun yaradılmasını və həyat
standartlarının yaxşılaşdır
ılmasını təşviq
edir
. Strategiyasının əsasını
dayanıql
ılıq təşkil edən Holcim şirkəti, uğurunun
qayəsini təşkil edən işçiləri və icmaları ilə sıfır emissiyalı
şirkətə çevrilmişdir. Şirkət daha az sərfiyyatla daha çox inşa
etmək məqsədi daşımaqla
, dairəvi iqtisadiyata,
tullantıların idarə edilməsinə və təkrar emalına önəm verir. Holcim
bütün dünyada 4 biznes seqmenti: Sement, Hazır qarışıq

beton, Aqreqatlar, Həllər və Məhsullar vasitəsilə
insanlar və planet üçün tərəqqi yaratmaq həvəsində olan 70.000
insanı bir araya gətirən şirkətdir
.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir