Rusiya daha bir ölkə ilə sərhəddə səyyar səfərbərlik məntəqəsi yaradacaq

Bakı. Trend:

Rusiyanın Qazaxıstanla sərhədində səyyar səfərbərlik məntəqəsi
işə salınacaq.

Trend-in
məlumatına görə, bu barədə Həştərxan vilayət qubernatorunun mətbuat
xidməti bildirib.

Qeyd olunub ki, məntəqədə yaxın günlərdə çağırış vərəqələri
verilməyə başlayacaq.

Hazırda Həştərxan vilayətində Qazaxıstanla sərhəddə böyük
izdiham qeydə alınır.

Xatırladaq ki, bir neçə gün əvvəl Rusiyanın Gürcüstanla
sərhədində səyyar səfərbərlik məntəqəsi işə başlayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir