Sabah 33 dərəcəyədək isti olacaq

Bakı. Trend:

Sentyabrın 30-da Bakıda və Abşeron yarımadasında hava dəyişkən
buludlu olacaq, əsasən yağmursuz keçəcək. Şimal-qərb küləyi arabir
güclənəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli
Hidrometeorologiya Xidmətindən Trend-ə verilən məlumata görə, Abşeron
yarımadasında gecə 18-20° isti, gündüz 24-27° isti, Bakıda gecə
18-20° isti, gündüz 25-27° isti olacaq.

Atmosfer təzyiqi 760 mm civə sütunundan 764 mm civə sütununa
yüksələcək.

Nisbi rütubət 60-70 % olacaq.

Azərbaycanın rayonlarında əsasən yağmursuz olacaq. Lakin gündüz
bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, qısamüddətli yağış
yağacağı ehtimalı var. Gecə və səhər saatlarında duman olacaq.

Mülayim qərb küləyi əsəcək. Havanın temperaturu gecə 15-20°
isti, gündüz 28-33° isti, dağlarda gecə 5-10° isti, gündüz 15-20°
isti olacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir