Sahibkarlığa dəstək göstərilməsinin şərtləri yeni qanunla müəyyən edilir

Bakı. Trend:

Azərbaycanda mikro, kiçik və orta sahibkarlıq subyektlərinə
dəstək göstərilməsinin şərtləri yeni qanunla müəyyən edilir.

Trend-in məlumatına görə, bu barədə məsələ Milli Məclisin
İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün
keçirilən iclasında müzakirəyə çıxarılan yeni hazırlanmış “Mikro,
kiçik və orta sahibkarlığın inkişafı haqqında” qanun layihəsində
əksini tapıb.

Bu Qanuna əsasən dövlət dəstəyi almaq üçün mikro, kiçik və orta
sahibkarlıq subyektləri tərəfindən müraciətlərin edilməsi və onlara
baxılması “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının
Qanunu ilə müəyyən edilmiş qaydada həyata keçirilir.

Mikro, kiçik və orta sahibkarlıq subyektlərinə əlavə dəstək
göstərilməsi nəzərdə tutulan iqtisadiyyatın prioritet sahələrinin
siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan
(qurum) tərəfindən təsdiq edilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir